Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN: “Sədərək” ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb

FHN: “Sədərək” ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb

Tarix: 5 Avqust 2019 11:54

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

FHN-dən Trend-ə bildiriblər ki, “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı anbarın yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Etiketlər:  FHN Sədərək ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ