Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2021 08:54
NATO DEAŞ terror təşkilatı ilə qlobal mübarizəyə əhəmiyyətli töhfə verən Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.
"Türkiyə NATO-nun mühüm müttəfiqidir. Əgər sadəcə xəritəyə baxsaq, bu ölkənin əhəmiyyətini anlayarıq. Bu, İraq və Suriya ilə həmsərhəd olan NATO-nun yeganə müttəfiqidir. Türkiyənin infrastrukturu DEAŞ ilə mübarizədə çox mühüm rol oynayır", - baş katib deyib.
Blok rəhbəri, həmçinin miqrasiya böhranının aradan qaldırılmasında Ankaranın rolunu alqışlayıb. "Biz cənub qonşuluğumuzu sabitləşdirmək üçün Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəyik", - deyə Stoltenberq bildirib.
Türkiyə-Yunanıstan münasibətlərindəki gərginliyə toxunan Stoltenberq qeyd edib ki, NATO alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılması üçün effektiv platformadır.
O əlavə edib ki, Türkiyə və Yunanıstan hərbçiləri arasında arzuolunmaz insidentlərin və toqquşmaların qarşısının alınması üçün yeni yaradılmış mexanizm bunun yaxşı nümunəsidir.