Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”dan növbəti Neymar açıqlaması

“Barselona”dan növbəti Neymar açıqlaması

Tarix: 5 Avqust 2019 13:12

“Barselona”nın vitse-prezidenti Xordi Kardoner PSJ-nin hücumçusu Neymarın Kataloniya klubuna transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, İspaniyanın TV3 kanalına müsahibəsində deyib: “Klubumuzun prezidentinin söylədiyi kimi, Neymarın keçidi bu gün müzakirə olunmur. Hər şey çətindir. Biz sadəcə, kənardan müşahidə edirik. Bilirik ki, o, Parisdə xoşbəxtdir. Biz Neymarla bağlı danışmamışıq”.

Klub rəsmisi bildirib ki, “Barselona” və PSJ bir-birinə hörmətlə yanaşır: “Əgər Neymarın namizədliyi məsələsi gündəmə gəlsə, biz bunu müzakirə edəcəyik. İndi isə belə bir şey yoxdur”.

 


Etiketlər:  Barselonadan növbəti Neymar açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ