Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə pandemiya böhranı: 3 min həkim istefa etdi

Bu ölkədə pandemiya böhranı: 3 min həkim istefa etdi

Tarix: 6 Iyun 2021 12:18

Pandemiyada böyük səhyyə böhranı ilə qarşılaşan Hindistanda çətin şərtlərdə çalışan 6 tibb fakültəsinin 3 min həkimi məhkəmənin tətil elan etmələrinə mane olmasından sonra istefa edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, kütləvi istefalar ölkənin Madhya Pradeş əyalətində baş verib.

Hindistan Ali Məhkəməsi həkimlərin dörd günlük tətilini "qanunsuz" hesab edib və onlara vəzifələrinə geri qayıtmalarını əmr edib.

Madhya Pradeş Rezident Həkimlər Birliyinin rəhbəri Arvind Meena kütləvi istefaların əlaqədar universitet dekanlarına təqdim edildiyini açıqlayıb.

Bildirilir ki, həkimlər maaşlarının artırılması və özləri, ailələri üçün pulsuz koronavrus müalicəsi kimi tələblər irəli sürürlər.


Etiketlər:  ölkədə pandemiya böhranı həkim istefa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ