Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kütləvi dava zamanı 1 qadın və 2 kişi bıçaqlandı - Bakıda

Kütləvi dava zamanı 1 qadın və 2 kişi bıçaqlandı - Bakıda

Tarix: 7 Iyun 2021 09:16

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Seyidova Elnarə Mirağa qızı, 26 yaşlı Əliyev Əbdülkərim Vaqif oğlu və 24 yaşlı Bağırov Fikrət Qüdrət oğlu bıçaq xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

Fakt araşdırılır.


Etiketlər:  Kütləvi dava zamanı qadın kişi bıçaqlandı Bakıda


RƏYLƏR