Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2019 16:24
Adı "Roma" ilə hallanan Antonio Konte paytaxt klubunun sükanı arxasına keçəcəyi ilə bağlı xəbərləri təkzib etməyib.
Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı məlumata görə, təcrübəli mütəxəssis yerli azarkeşlərdən birinin ona "Roma"nı çalışdıracağı ilə bağlı sualına "Baxarıq" cavabını verib. Bununla da o, mövsümün sonunda "canavarlar"ın baş məşqçisi ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Kontenin son iş yeri "Çelsi" olub. "Roma"nın hazırkı baş məşqçisi isə Klaudio Ranyeridir.