Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afət Şəbnəm Tovuzlunu qınadı - Baha toya gedirsən, niyə kreditin olmalıdır? - VİDEO

Afət Şəbnəm Tovuzlunu qınadı - Baha toya gedirsən, niyə kreditin olmalıdır? - VİDEO

Tarix: 8 Iyun 2021 11:35

ARB TV-nin "SözBaz" verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

Sonxeber.net xəbər verir ki, müğənni çətin vəziyyətdə olan həmkarlarından danışıb:

"Avtomobili, evi kreditdə olanı, satıb pulunu yeyəni var. Mən bank nədir bilmirəm, çünki ayağımı yorğanıma görə uzadıram. Gündəmdə olan müğənnilərdən danışacam. Tutaq ki, Şəbnəm Tovuzlu. Birinci qazancı konsertlərə, bahalı kliplərə, yatırım edirlər. Niyə kredit ödəyirsən, kifayət qədər baha toyalara gedirsən. Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin".

Daha sonra ifaçı, aparıcının "1-2 yerdə evin varmı?" sualını cavablandırıb:

"2 çox azdır. 2 yox 20 olmalıdır əslində, amma 20 deyil, biraz azdır. O mahnı sayəsində il yarıma istədiyim madiyyatı əldə etdim. Mən də konsertlər edə bilərdim, amma birinci güzəranımı qurdum".


Etiketlər:  Afət Şəbnəm Tovuzlunu qınadı Baha toya gedirsən niyə kreditin olmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ