Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2021 20:40
Müğənni Bülənt Ərsoy Türkiyədə olmayan "Fendi" brendinin iki çantasını almaq üçün Nitsa və Dubaya yollanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı iki çanta bəyənib. Onları Türkiyədə tapa bilməyəndə isə sərhədləri aşmaq qərarına gəlib.
Ərsoy "Fendi"nin "Peekabo Iconic" modelini bəyənib. Ona çantaları əldə etməkdə dostu Ebru Erten yardım edib. Ebru əvvəlcə Fransaya uçaraq Nitsa şəhərindən müğənninin bəyəndiyi çantanı alıb. Daha sonra isə Dubaya üz tutub.
Aksessuarlardan biri 7 min 800, digəri isə 15 min 600 dollardır. İfaçı çantalara birlikdə 23 min 400 dollar ödəyib.