Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Eynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Tarix: 8 Iyun 2021 22:32

Eynəkdən istifadə edən şəxslər sürücülük hüququ əldə edərkən vəsiqənin xüsusi qeydlər bölməsində "eynəklə idarə edilməsinə icazə verilir" sözləri yazılır. Vəsiqəsində bu cür qeyd yazılan sürücü eynəksiz avtomobil idarə edərsə onu hansı məsuliyyət gözləyir?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd edir ki, sürücülük vəsiqəsində qeyd olunan məlumatlarla bağlı 2018-ci ilin may ayında "Yol hərəkəti haqqında" qanuna  dəyişiklik olundu. Qanunun yeni redaksiyasına görə sürücülük vəsiqəsindəki xüsusi qeyd bölməsində "eynəklə idarə etməsinə icazə verilir" - deyə qeyd ola bilər. Təbii ki, bu, həkimin tibbi rəyi əsasında olur. Amma qeyd yazılandan sonra sürücü nəqliyyat vasitəsini eynəksiz idarə edərsə burada onun məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericilikdə heç nə qeyd olunmayıb.

Ona görə də belə bir qeydi olan vəsiqə sahibi bu günkü gündə eynəksiz nəqliyyat vasitəsi idarə edərsə hansısa bir məsuliyyətə cəlb edilə bilməz.


Etiketlər:  Eynəklə vəsiqə alan sürücü eynəksiz maşın sürə bilər HÜQUQŞÜNASDAN AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ