Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatdı

Şəhriyar-Teymur qarşılaşması heç-heçə başa çatdı

Tarix: 9 Iyun 2021 00:00

Bu gün "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rumıniyada təşkil olunan turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.

Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turun digər oyunlarında ABŞ təmsilçisi Uesli So həmyerlisi Fabiano Karuananı, rusiyalı Aleksandr Qrişuk Rumıniya şahmatçısı Boqdan-Daniel Dyakı məğlub ediblər, Rumıniyalı digər şahmatçı Konstantin Lupulesku fransalı Maksim Vaşye-Laqrav, niderlandlı Aniş Giri isə erməni Levon Aronyan ilə qarşılaşmalarda heç-heçə ediblər.

Qeyd edək ki, şahmatçılarımız ötən üç turu da heç-heçə ilə başa vurublar.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Milli.Az


Etiketlər:  Şəhriyar Teymur qarşılaşması heç heçə başa çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ