Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 14:04
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO- 2020 çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.
"Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq", - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.