Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 21:24
Gürcüstanda iyunun 9-dan ölkə daxilində nikah qeydiyyatının şənlik mərasimini keçirmə xidməti bərpa olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən evlənmək istəyən cütlük birgə ərizə təqdim etmək üçün Ədliyyə Evlərinə, icma mərkəzlərinə, ərazi idarələrinə, nikah evlərinə ziyarətini əvvəlcədən müvafiq qurumlarda elektron qeydiyyatdan keçməlidir.
Nikaha daxil olmaq istəyən şəxslər və onları müşayiət edənlər (10 nəfərdən çox olmayaraq) qeydiyyat məkanında maskadan istifadə etməlidirlər.
Xatırladaq ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün elan edilmiş fövqəladə vəziyyət səbəbindən nikah evlərində (məkanlarda) şənlik mərasimlərinin keçirilməsi müvəqqəti dayandırılmışdı.