Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2021 22:57
Birminhem Universitetinin alimləri COVID-19-dan sağalanlarda təhlükəli kəskin autoimmun iltihab sindromunun inkişaf edə biləcəyini söyləyib. Tədqiqat müəllifi Aleks Riçtner qeyd edib ki, koronavirusdan sonra ürək və dəri xəstəliklərinə səbəb olan oxşar antikorlar istehsal olunur.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, alimlər ayaq və əllərdə uyuşma, əzələ zəifliyi, ağrı və koordinasiya problemlərini xəstəliyin əsas simptomları adlandırıb. Bu simptomlar yüngül və ağır dərəcədə koronavirusdan əziyyət çəkən insanlarda ortaya çıxıb.
Bildirilib ki, kəskin autoimmun iltihab sindromu emosional pozğunluq, vegetativ nasazlıqlar şəklində özünü göstərir. (publika.az)