Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlığın fibromioması

Uşaqlığın fibromioması

Tarix: 10 Iyun 2021 09:00

Fibromiomalar - xoşxassəli şişlərdir
Statistikaya görə 30-50 yaşa qədər hər 10 qadından 4-də uşaqlıgın fibromiomasına rast gəlinir ki,əzələ və birləşdirici toxumada əmələ gələn təkli düyün və ya bir neçə xoş xassəli törəmələrin yığıntısından ibarətdir. Onların bəziləri uşaqlığın divarına bitişir,bəziləri isə göbələk kimi uşaqlıq boşluğunda əmələ gəlir. Nadir hallarda isə onlar uşaqlığı xarici səthinə qədər böyüyə bilər. Onların çəkisi bir neçə qr-dan onlarla kq-a qədər ola bilər (rekord çəki 67 kq) .Fibromioma xoşxassəli şiş olsa da uşaq xərçənginə çevrilmə riski azdır.
Səbəbləri.
Dəqiq səbəbləri məlum deyil. Bəzi tədqiqatlar göstərir ki, estrogenlərin səviyyəsi bu şişlərin böyüməsini stimulə edir.
Simptomları
- Uzunmüddətli və ağrılı aybaşı qanaxmaları
- Aybaşıarası dövrdəki qanaxmalar.
- Qarnın aşağısında olan ağırlıq hissiyatı
- Tez-tez sidik ifrazı(əgər deformasiya olunmuş uşaqlıq sidik kisəsinə təyziq edirsə )
- Qəbizlik (əgər şiş bağırsağa təyziq edirsə)
- Belin aşağı hissəsində ağrı
- Cinsi akt zamanı ağırlıq hissiyatı
- Qarnın ölçülərinin böyüməsi
- Sonsuzluq  və uşaqsalmalar
Güman olunur ki, fibromiomanı siz özünüz hiss edə bilməzsiniz ,yəni bu diaqnoz ancaq ginekoloji müayinə zamanı aşkar oluna bilər. Əgər fibromioma güçlü ağrılar ,qarnın aşağı hissəsində ağırlıq hissiyatı ilə müşayət olunmursa sonsuzluğun səbəbi ola bilməz, ölçüsü 10 sm böyük deyilsə müalicə tələb etmir.
Fibromiomanın inkşafına nƏzarət etmək üçün ildə 1-2 dəfə həkimə müraciət edin. Bu müntəzzəm yoxlamalar ( USM müayinələr) ağırlaşmanı aşkar edə bilər.

Diaqnozu təsdiq etmək və uşaqlıqda digər dəyişiklikləri inkar etmək üçün ( hamiləlik ,yumurtalığın kistası və xərçəng şişi ) USM müayinə təyin edirlər,güclü qanaxma zamanı həkim xərçəngi inkar etmək üçün və ya qanaxmanın səbəbini müəyyə etmək üçün endometriyanın biopsiyasını təyin edir. Bəzi hallarda həkimlər fibromiomanı qonadotropin - rilizinq-hormoantoqanislərindən istifadə etməklə fibromiomanı qeyri-cərrahi metodla müəyyən edirlər.


Etiketlər:  Uşaqlığın fibromioması


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ