Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 10:08
Yekaterinburqda (Rusiya) yaşanan iyrənc olay tək vilayətdə deyil, Rusiyada əməllicə şok doğurub. Bəlli olub ki, il ərzində 12 yaşlı Katya (adı dəyişdirilib) anonimliyini saxlayan varlı sponsor üçün intim video çəkib. İstintaq komitəsi "seksual xarakterli zorakı fəaliyyət" maddəsi üzrə cinayət işi qaldırıb.
Sonxeber.net kp.ru-ya istinadən bu cinayətin təfərrüatlarını təqdim edir. 2020-ci ilin mayında qız sponsora WhatsApp-la bolqar nömrədən zəng edib "ВКонтакте"də yazışmağı xahiş edib. Hər çəkiliş üçün də Kayta pul alırmış. Pulu isə anasının bank kartına köçürürmüş. Lakin puldan valideynlərin xəbəri olmayıb. Qonşuluqdakı 5 yaşlı qızı otağına gətirərək onun videosunu çəkirmiş. Buna görə də 500 rubl alırmış. İyrənc video sxemindən azyaşlının anası xəbər tutub və polisə şikayət edib. İndi videoları qəbul edən şəxsi 20 illik koloniya rejimi gözləyir.
Kamran Seyidov