Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 16:26
COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçilərinin övladlarına Avro-2020-nin oyunlarına bilet hədiyyə edilib.
AFFA-dan verilən məlumata görə, Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.
İyunun 12-də keçiriləcək Uels - İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.
Təşəbbüsün hədəf kütləsi uşaqlardır.