Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda qaydaları pozanlar məsuliyyətə cəlb olunub - FOTO

Goranboyda qaydaları pozanlar məsuliyyətə cəlb olunub  - FOTO

Tarix: 10 Iyun 2021 23:06

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Milli.Az


Etiketlər:  Goranboyda qaydaları pozanlar məsuliyyətə cəlb olunub FOTO


RƏYLƏR