Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 09:34
Türkiyədə 8 yaşlı uşaqlar koronovirusun qurbanı olub.
Sonxeber.net xəbər verir ki, Batman Təhsil və Araşdırma Xəstəxanasında çalışan mütəxəssis Şenol Kılınç və anestezioloq Gülsüm Kahvecinin 8 yaşlı uşaqları Toprak Kılınç aprel ayında koronavirusa yoluxub. Xəstəliyi asimptomatik keçirdikdən sonra ötən həftə təkrar xəstəxanaya aparılıb. Və ona post-koronavirus iltihabı sindromu (MIS-C) diaqnozu qoyulub.
Daha sonra vəziyyəti ağırlaşan Toprak reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb. /medicina.az