Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Milli Jurnalistlər Birliyi azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz olaraq bəyanat yayıb - FOTO

Ukrayna Milli Jurnalistlər Birliyi azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz olaraq bəyanat yayıb - FOTO

Tarix: 11 Iyun 2021 19:54

Ukrayna Azərbaycanlıları Radasının azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olması ilə bağlı Ukrayna Milli Jurnalistlər Birliyinin sədri Sergey Tomilenkoya müraciəti cavabsız qalmayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna Milli Jurnalistlər Birliyi bununla bağlı etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda ölkəmizin Kəlbəcər rayonunda baş verən faciə ilə əlaqədar narahatlıq ifadə olunub, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilib.

"Birliyimiz azərbaycanlı həmkarlarımızın həlak olmasına görə təəssüfləndiyini bildirir. Biz Beynəlxalq və Avropa Jurnalistləri Federasiyalarının jurnalistlərin və mülki əhalinin müdafiə olunması tələbləri barədə çağırışlarına qoşuluruq. Beynəlxalq hüquq normalarına və beynəlxalq müqavilələrə ciddi şəkildə əməl olunmalıdır. Ümid edirik ki, birgə səylərimizlə Qarabağı jurnalistlər üçün təhlükəsiz vəziyyətə gətirəcəyik!", - deyə Ukrayna Milli Jurnalistlər Birliyinin rəhbəri Sergey Tomilenko bəyan edib.


Etiketlər:  Ukrayna Milli Jurnalistlər Birliyi azərbaycanlı jurnalistlərin həlak olmasına etiraz olaraq bəyanat yayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ