Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə millisi İtaliyaya məğlub oldu

Türkiyə millisi İtaliyaya məğlub oldu

Tarix: 12 Iyun 2021 06:28

Avro-2020-yə start verilib.

İlk oyun günü üçün nəzərdə tutulan 1 matç artıq başa çatıb. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşıb. Romadakı "Olimpiko" stadionunda oynanılan görüş İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

 

Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:3
Qollar: 
Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3)
Roma, "Olimpiko" stadionu
Baş hakim: Denni Makkeli (Niderland)


Etiketlər:  Türkiyə millisi İtaliyaya məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ