Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaotik inşaatdan imtina - VİDEO

Xaotik inşaatdan imtina - VİDEO

Tarix: 12 Iyun 2021 11:44

Çoxmənzilli bina tikintisi sərt qaydalara uyğun aparılacaq

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanın tikinti sektorunda, xüsusilə də çoxmənzilli bina tikintisində azalma müşahidə edilir. Özü də, azalma muzdlu tikinti işçilərinin ən çox çalışdığı çoxmənzilli binaların tikintisində baş verib.

Təbii ki, bu azalma dinamikasında pandemiya və tikinti materillarının bahalaşmasının da rolu var. Amma əmlak eksperti Ramil Osmanlı bu azalmanı çox mənzilli binaların tikintisinə icazə verilməsində qaydaların sərtləşdirilməsi ilə izah edir

Ekspertin sözlərinə görə, mülkiyyətdə olan torpaq sahələri azdır və bahadır. Bu da təbii ki, tikinti xərclərini, maya dəyərini artırır, nəticə etibarilə satış qiymətləri də artır. Qiymətlərin artımı isə dövriyyə vəsaitlərinin azalmasına gətirir. Yəni satışlar aşağı düşür. Məsələn, bir əmlakçı şirkəti kvadratı min manata olan binada bir ayda 30 mənzil sata bilirsə, həmin zonada kvadratı 1500 manat olan binadan ayda maksimum 3 -5 mənzil sata bilər. Yəni satışlar avtomatik 6-10 dəfə düşür. Bu da tikinti şirkətlərinin dövriyyə vəsaitlərini aşağı salır. Nəticədə, tikinti templəri aşağı düşür və inşaatçılar iş yerlərini itirirlər.

Satışların azalması görülən tikinti işlərinə də təsir edir. Məsələn, pandemiyadan öncəkit illərdə Bakı şəhərində çox mənzilli binalarda 2,8 milyon kvadratmetrlik tikinti işləri görülürdüsə, bu il 1,5 milyon kvadratmetrlik iş görüləcəyi proqnozlaşdırılır. Xaotik inşaatın tüğyan etdiyi 2005-ci illərdə isə görülən işlər 3,5-4 milyon kvadratmetrə bərabər olurdu. Buraya layihələndirilən, tikintisinə icazə verilən və tikinti işləri başlayan binalarda görülən işlər daxildir.

Ramil Osmanlının sözlərinə görə, hökumət bu tələblərin yaratdığı işsizliyi kompensasiya etmək və tikinti fəallığını artırmaq üçün də tədbirlər görüb. Məsələn, İpoteka Fondu tərəfindən satış məqsədi ilə kirayə verilən evlərə qoyulan tələblər bu məqsədi daşıyır. O evlər 2013-cü ildən bu yana tikilmiş binalardan alına bilər ki, bu da uzunmuddətli perspektivdə yeni binaların tikilməsini təşviq edir. Həmçinin Mənzil İnşaatı Dövlət Agentliyi də başqa kanalla tikinti şirkətlərini podratçı kimi binaların tikintisinə cəlb edir. Bütün bunlar şəhərsalmada balanslaşmanı təmin etməklə yanaşı, həm də məşğulluğun stimullaşdırılması məqsədi daşıyır.


Etiketlər:  Xaotik inşaatdan imtina VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ