Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2021 19:54
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatlarının final mərhələsi üçün yeni rekord müəyyənləşdirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, buna Avro-2020-nin final mərhələsinin ilk turunda Xorvatiya ilə matçda meydana çıxmaqla nail olub. Bellinqem 82-ci dəqiqədə Harri Keyni əvəzləyib. 17 yaş 349 günlüyündə olan yarımmüdafiəçi Avropa çempionatında meydana çıxan ən gənc oyunçu kimi tarixə düşüb.
İndiyədək ən yaxşı göstərici niderlandlı Yetro Villiamsa məxsus idi - 18 yaş 71 gün.
Qeyd edək ki, görüş İngiltərənin 1:0 hesablı qələbəsi ilə başa çatıb.