Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 00:35
Müğənni Zamiq Hüseynov pandemiya ərəfəsində toyların olmamasının maddi sıxıntı yaşatmasından danışıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda MTV-yə açıqlamasında danışıb. İfaçı həmkarı Xatirə İslamın verilişlərə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsi məsələsinə toxunub:
"Əla fikirdir, çox yaxşı olardı. Kanallarımız yaxşı qazansa, onu edər. kanallarımızın durumu olmalıdır ki, ürəklə etsinlər. Gələcəkdə belə olsa əladır. Pandemiyada gördük ki, ifaçılar gözünü toy və tədbirə tikib. O da olmayandan sonra artıq... İl yarımdır biz heç nə qazanmırıq. Əlimizdə nə var idisə satdıq. Bəziləri dedi, bəziləri bunu demədi. Amma satırıq və yeyirik. Baxırsan ki, digər ölkələrdə radiolardan, televiziyalardan, klip, mahnı səslənən yerdən pul gəlir. Nə yaxşı ki, bizdə də olardı. Bəzən deyirlər oxuyanların üzərində əməmyimiz olub. İfaçıları ucuzlaşdırmasınlar. Oxuyanın sənəti, yaxşı mahnısı olmasaydı, efir gündə 40 dəfə çağırsın sevilməzdi. Demək, yaxşı mahnı olub ki, yadda qalıb. Duruma görə nəşə tələb etmək lazımdır".