Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda insafsız oğurluq: Yaşlı qadının çörəyini yeyib, pulunu oğurladı - VİDEO

Bakıda insafsız oğurluq: Yaşlı qadının çörəyini yeyib, pulunu oğurladı - VİDEO

Tarix: 14 Iyun 2021 11:04

Yaşlı qadının bankomatdan pul çıxartdığını görən dələduz , onun əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirib. Qadınla birgə mənzilə gələn fırıldaqçı ac olduğunu deyərək, yemək yeyib, çay içib, daha sonra isə qadının çantasında olan pulunu-326 manatı götürərək aradan çıxıb. Polis indi həmin şəxsi axtarır. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 81 yaşlı Elmira Əzimova fırıldaqçılığın qurbanı olub. Yaşlı qadının evinə gələn gənc yemək yeyib, qadının çantasında olan 326 manatı da oğurlayaraq, aradan çıxıb.

Hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, bina 27-də baş verib. Yaşlı qadın evinə bazarlıq edib qayıdan zaman bankomatdan pul da çıxarıb. Bunu görən dırnaqarası qəhrəman həmin dəqiqə ona yaxınlaşaraq, kömək etmək istədiyini bildirib. Qadının əlindəki zənbili götürən həmin şəxs onunla  birgə evə gəlib.

Qadın mətbəxdə yemək hazırlayan zaman bir neçə dəqiqəlik otaqda tək qalan gənc oğlan yaranmış fürsəti əldən verməyib.Qarnını doyurmaq üçün gözləyərkən, cibini də doldurub. 

Ailəsi və övladı olmayan Elmira xanım, tək yaşayır. Aldığı təqaüdlə  dolanışığını təmin edir. Növbəti aya kimi evinə bazarlıq etməsi üçün onun bu pula çox ehtiyacı var.

Qeyd edək ki,həmin şəxsin görüntüsü yaşlı qadın ilə birgə binanın 1-ci mərtəbəsində yaşayan sakinlərdən birinə ait kameraya  düşüb. Artıq bütün materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinə təqdim edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev isə "XəzərXəbər"ə bildirdi ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. 


Etiketlər:  Bakıda insafsız oğurluq Yaşlı qadının çörəyini yeyib pulunu oğurladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ