Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 11:20
Avro-2020-nin Bakıda keçirilən matçında İsveçrə ilə 1:1-lik heç-heçə edən Uels yığmasının futbolçusu Qaret Beyl açıqlama verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bakıda havanın çox isti olmasından şikayətlənib:
"Çox yaxşı matç keçdi. Biz öz gücümüzü və klasımızı ortaya qoyduq. Düşünürəm ki, heç də pis başlanğıc deyildi. Lakin Bakıda hava çox istidir və belə oynamaq çətindir".
Qeyd edək ki, Uels yığması Avro-2020-nin ilk matçında İsveçrə ilə 1:1-lik heç-heçə edib.