Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2021 22:45
Rusiyanın əməkdar həkimi Mixail Kaqan koronavirusun yayılmasının üç əsas yolu olduğunu söyləyib.
Sonxeber.net xəbər verir ki, həkim virusun insan hüceyrələrinə daha təsirli şəkildə bağlandığını bildirib:
"Birincisi, virus insan hüceyrələrinə daha təsirli şəkildə bağlanır. Bu cür mutasiyalar meydana gəldikdə, viral hissəciklərin yayılması və xəstələnmə ehtimalı əhəmiyyətli dərəcədə artır. İkincisi, virusun daha sürətli şəkildə təkrarlanması və yoluxmuş insanın bədənində daha yüksək bir viral yük yaratmasıdır. Bu, daha çox viral hissəciklərin ekshalasiyasına gətirib çıxarır və başqalarına yoluxma qabiliyyətini artırır. Üçüncüsü, virusun sadə Uhan ştammına qarşı hazırlanmış antikorların təsirindən yayınma qabiliyyətini çoxaldır".
Alimin fikrincə, belə bir dəyişiklik həm xəstə olanlar, həm də vaksin olunanlar üçün təhlükəli ola bilər.
Alim qeyd edib ki, elm adamları yeni koronavirus ştammlarını araşdırmaq üçün dayanmırlar, lakin yeni bir infeksiyanın bu cür qabiliyyətləri narahatlığa səbəb olur. (publika.az)