Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aston Martin və Girard-Perregaux unikal qol saatı təklif edirlər

Aston Martin və Girard-Perregaux unikal qol saatı təklif edirlər

Tarix: 15 Iyun 2021 02:04

Aston Martin şirkəti və İsveçrənin Girard-Perregaux saat evi Tourbillon with Three Flying Bridges Aston Martin Edition adlı unikal qol saatını buraxıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, unikal qol saatının qiyməti hələlik açıqlanmayıb, lakin bu seriyadan olan adi modelin qiyməti 150.000 dollardan çoxdur.

Saatın dizaynını hazırlayan mütəxəssislər keçən illərin Aston Martin yarış avtomobillərindən ilham alıblar. Saatın əsas xüsusiyyəti, xüsusi bərkitmə sayəsində havada süzən kimi görünən xronometrin açıq  mexanizmidir. Konstruksiya hər iki tərəfindən sapfir şüşə ilə örtülüb, saatın korpusu isə karbon örtüklü titandan hazırlanıb.

Turbiyonun daşıyıcısı cəmi 10 millimetrlik diametrə malikdir və cəmi 0,25 qram ağırlığında olan 79 detaldan ibarətdir. Miniatür rotor ağ qızıldan hazırlanıb, saat əqrəbləri isə qaranlıqda mavi rəngdə parlayırlar. Saat dana dərisindən hazırlanmış iki növ qayış ilə təklif edilir.

Tourbillon with Three Flying Bridges Aston Martin Edition qol saatı 18 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır və onlara sifarişlər artıq qəbul edilir.

Milli.Az


Etiketlər:  Aston Martin Girard Perregaux unikal qol saatı təklif edirlər


RƏYLƏR