Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə klip eşqi Sevdanın başına bəla oldu

Misirdə klip eşqi Sevdanın başına bəla oldu

Tarix: 16 Iyun 2021 18:45

Müğənni Sevda Yahyayevanın Misir səfəri zamanı başına iş gəlib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O bildirib ki, Misir piramidalarında klip çəkdirib, amma kadrları sildiriblər:

"Mülki geyimdə iki qadın yaxınlaşdı ki, nə edirsiz? Əlimizdə icazə kağızı var idi, göstərdik. Amma dedilər ki, icazə keçmir, nə çəkmişiniz silin. İmkan vermədilər, hər şeyi sildirdilər. Kamera çəkən də əli dəyib, başqa kadrları da sildi. Amma ruhdan düşmədim, gedib yenidən çəkdim. Onların acığına piramidalardan da görüntülər götürdüm".

Qeyd edək ki, Sevda "Gəl mənə" klipini Misirdə ekranlaşdırıb.


Etiketlər:  Misirdə klip eşqi Sevdanın başına bəla oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ