Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır

Tarix: 17 Iyun 2021 20:20

Müharibə əlilləri və veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Prezident İlham Əliyev "Veteranlar haqqında" və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunları təsdiq edib və hər iki Qanunun tətbiqi haqqında 17 iyun 2021-ci il tarixli Fərmanlar imzalayıb.

Bu sənədlər nəticə etibarilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının daha dolğun təminatına, onlara göstərilən dövlət xidmətlərinin müasir tələblərə uyğun təkmilləşərək keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Yeni qanunlara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vahid informasiya bazasının yaradılması məqsədilə Nazirliyin elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

E-reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılmasıdır. Həmçinin bununla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.
Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron əsasda vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.


Etiketlər:  Müharibə əlilləri veteranlarının şəhid şəhid ailəsi statusu almış şəxslərin vahid elektron reyestrləri yaradılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ