Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb edib

UEFA futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb edib

Tarix: 17 Iyun 2021 21:44

UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

Məlumata görə, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu mətbuat konfransı zamanı masa üzərindəki "Coca Cola" şüşələrini kənara çəkib.

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

Milli.Az


Etiketlər:  UEFA futbolçulardan masadakı içki şüşələrinə toxunmamağı tələb edib


RƏYLƏR