Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 12:18
Türkiyə komandasının futbolçusu Umut Meraş AÇ-2020-nin qrup mərhələsinin ikinci turunda Uels yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, türkiyəli müdafiəçi, 0:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
"İstədiyimiz kimi olmadı. Bütün xalqımızdan üzr istəyirik. Qələbə qazanmağı çox istəyirdik, lakin olmadı. Deyəcək bir söz yoxdur.
Hər oyuna qələbə üçün çıxırıq. Bir şeyimiz qalmasa da, son oyuna qələbə üçün çıxacağıq. Nə olur olsun, əlimizdən gələni edəcəyik".