Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2021 12:54
Moskvada azərbaycanlı iş adamlarına məxsus "Sadovod" bazarına bomba qoyulması barədə polisə məlumat daxil olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, anonim şəkildə daxil olan məlumatla bağlı araşdırma aparılır və bazara mütəxəssislər cəlb olunub.
"Moskva dairəvi yolunun 14-cü kilometrliyindəki Sadovod bazarında partlayış təhlükəsi barədə məlumat daxil olub", - deyə polisin açıqlamasında qeyd olunub.
Bildirilib ki, əməliyyat xidmətinin mütəxəssisləri artıq bazarda yoxlama işlərinə başlayıblar. Bazarın işçiləri və müştərilər hələ ki, evakuasiya edilməyib.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod" azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin "Kievskaya Ploşad" şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 8000 mağazanı əhatə edir.