Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə Səfərli polisə çağırıldı

Nazilə Səfərli polisə çağırıldı

Tarix: 18 Iyun 2021 15:35

Bu gün şairə Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Sonxeber.net bildirir ki, bu barədə bakupost.az məlumat yayıb. bildirilib ki, N.Səfərli məhkəmə qərarına uyğun olaraq 500 manat məbləğində cərimə olunub və bununla da onun üzərindən axtarış tədbirləri götürülüb.

"Qafqazinfo" məsələ ilə bağlı Nazilə Səfərli ilə əlaqə saxlayıb. O, açıqlamasında polis tərəfindən saxlanılmadığını deyib: "Bu xəbərdən məlumatsızam. 500 AZN cərimə ödəməmişəm. Əgər həqiqətən də belə bir cərimə ödəməli olsam, ödəniş qəbzini sizlər üçün paylaşaram. Məni çox önəmsədiyi və daim gündəmdə saxladığı üçün Xoşqədəm Hidayətqızına minnətdaram".

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən barəsində qəbul edilən qərara əsasən Nazilə Səfərli Nizami Rayon Polis İdarəsinə dəvət edilib. Məhkəmə tərəfindən təyin edilən cərimənin ödənilməsi onun diqqətinə çatdırılıb. Nazilə Səfərli hüquqi öhdəliyi yerinə yetirərək barəsində təyin edilən cərimə məbləğini ödəyib. Hazırda onun barəsində heç bir axtarış yoxdur.

Xatırladaq ki, hər iki tanınmış sima arasında qalmaqal Nazilə Səfərlinin keçmiş qardaşı arvadının Xoşqədəm Hidayətqızının Xəzər TV də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etməsi ilə başlayıb.

Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şairə Hidayətqızıdan üzr istəməli, bir sıra saytlarda dediyi fikirləri təkzib etməli və xanım aparıcıya təzminat ödəməlidir.


Etiketlər:  Nazilə Səfərli polisə çağırıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ