Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarici vətəndaşla ailə həyatı quran məşhurlarımız - SİYAHI

Xarici vətəndaşla ailə həyatı quran məşhurlarımız - SİYAHI

Tarix: 19 Iyun 2021 06:20

Son illər Azərbaycanda bir çox gənclərimiz xarici vətəndaşla ailə qururlar. Həmin əcnəbilərin əksəriyyəti qardaş ölkə Türkiyə vətəndaşları olur. Qeyd edək ki, yalnız qadınlar yox, elə kişilərin arasında da əcnəbilərlə evlənənlər var. Bu siyahıya daxil olan məşhurlarımız da az deyil.

Milli.Az big.az-a istinadən həmin məşhurların siyahısını təqdim edir:

*Aktrisa Məlahət Abbasova Türkiyə vətəndaşı ilə ailə qurub, iki övladı var.

*Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ingiltərəli Filipp Neylor ilə ailəlidir. Fidan xanımın 2 övladı var - Corcina-Xəyalə-Siena və David-Davud-Con.

*Azərbaycanlı model Günay Musayeva da türkiyəli vətəndaşla ailə quran məşhurlardandır. O, aktyor Tolqa Karellə ailə qurub və həmin evlilikdən bir oğlu var.

*Tanınmış model Solmaz Allahverdiyeva Türkiyə vətəndaşı ilə ailə həyatı qurub. Onun bu evlilikdən bir qızı dünyaya gəlib.

*Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun qardaşı oğlu Şeyx Səid əl-Maktuma ərə gedib.

*Xalq şairi Fikrət Qocanın qızı Günay Qocayeva Amerikalı Corcla (Cebrum George) evlidir. 2004-cü ildə ailə həyatı quran cütlük hazırda Amerikada yaşayır.

*Bəstəkar-prodüser İsa Məlikov Polşa əsilli Paulina Volotkovskaya ilə ailə həyatı qurub.

*Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva da türkiyəli müğənni Doğuşla ailə həyatı qurub. Cütlüyün hazırda 2 oğlu var.

*Son günlər gündəmi partladan xəbər isə Hollivudun döyüş səhnələrinin mahir ifaçısı, məşhur aktyor Jan Klod Van Dammın oğlunun azərbaycanlı qızla evlənməsi barədə olub. Kris Van Damm Suada Hacızadə adlı xanımla ailə həyatı qurub. Sözügedən xanım pianoçu və prezident təqaüdçüsüdür.O, 24 oktyabr 1999-cu ildə Bakıda doğulub.

Qeyd edək ki, xarici vətəndaşla evlənən məşhurlarımız arasında uğursuz evlilik yaşayanlar da var.

*Müğənni Nura Suri İran vətəndaşı ilə ailə həyatı qursa da, onların bu izdivacı uzun sürməyib.

*Müğənni Dilarə Kazımova Türkiyə vətəndaşı Mərt Aslanla evlənsə də, daha sonra onlar boşanıblar.

*Aparıcı Nurlana Cəfərova Türkiyə vətəndaş ilə ailə qurub. Çütlük 3 ay sonra boşanıb.

*Məşhur balaban ifaçısı Əlixan Səmədov Türkiyə vətəndaşı ilə evli olub, ayrılıb.

Milli.Az


Etiketlər:  Xarici vətəndaşla ailə həyatı quran məşhurlarımız SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ