Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəddar qatillər barədə verilişdə keçmiş sevgilisini tanıdı – FOTO

Qəddar qatillər barədə verilişdə keçmiş sevgilisini tanıdı – FOTO

Tarix: 19 Iyun 2021 08:28

Amerikalı yazıçı Cill Makkeyb Conson sənədli filmə baxarkən silsilə cinayətlər törədən və azı 49 nəfəri öldürən şəxsin keçmiş sevgilisi olduğunu görüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qadının sözlərinə görə, 18 yaşında olarkən diskotekada Qeri adlı kişi ilə tanış olub. Sonradan kişi ona 11 yaş böyük olduğunu qesə də, qız daha çox yaş fərqləri olduğunu düşünüb. Onlar bir müddət görüşüblər.

Qeri çox nəzakətli olub, qızı tez-tez rəqslərə dəavət edib, kiçik xərclərini ödəyib. Ancaq qız dostları ilə bir yerdə olandə o, kənarda əyləşməyə üstünlük verib. Bundan başqa Qeri qızla görüşdüyü müddətdə ona qarşı çox diqqətli olub, gizlincə öpməyə belə təşəbbüs etməyib.

Bir dəfə Qeri qızı evinə yola salanda o, kişini içəri dəvət edib. Yataq otağında olarkən Geri pul qabından oğlunun şəklini çıxarıb göstərib və bir müddət əvvəl arvadından ayrıldığını deyib. Cill buna əhəmiyyət vermədiyini deyib.

Bir müddət sonra Cillin otaq qonşusu gəlib və Qeri pərt olaraq gedib.

Sonrakı həftə o, Cilli rəqsə dəvət edir, lakin qız soyuqdəyməni bəhanə gətirərək təklifdən imtina edib. Yazıçının sözlərinə görə, Qerinin əvvəlki ailəsi barədə məlumatı onu kişiyə qarşı soyutmuşdu. Rəqs əvəzinə o, rəfiqəsi ilə restorana getməyə qərar verib. Orada Qeri ilə rastlaşan qız utanır və hissləri barədə həqiqəti demək məcburiyyətində qalır.

"Bundan sonra mən bir neçə dəfə Qerinin furqonunu evimizin yaxınlığında gördüm. Sonra mən başqa bir kişi ilə tanış oldum. Onunla getdiyim bir çox yerlərdə Qeri ilə rastlaşırdım. Mən bu barədə sevgilimə heç nə demədim. Qeri də bir daha heç vaxt məni görüşə çağırmadı", - deyə qadın olanları xatırlayıb.

Bundan 20 il sonra qadın Qeri Ricuey barədə süjet görür. Qatil keçmiş sevgilisinə çox bənzəsə də, Conson bunu sadəcə təsadüf hesab edir. Daha 20 il sonra yazıçı seriyalı qatillərin həyatını araşdırmağa başlayır. Və Ricuey barədə məlumatları araşdırarkən bunun keçmiş sevgilisi olduğuna əmin olur.

Qeyd edək ki, Ricuey  49 qadın və qızların qətlində təqsirli bilinib. Ancaq silsilə qətllər törədən qatil daha çox insan öldürdüyünü bildirib. Cani öz cinayətlərinə 1982-ci ildə başlayıb. Onun qurbanları arasında seks kölələri əksəriyyət təşkil edib, çünki onlardan nifrət edib.

Yazıçı üçün bütün bunlar arasında ən pis hadisə isə uşaqlarına dükana getdiyini deyən və sonra itkin düşən qonşusu Marsiya Fen Çampan barədə öyrəndikləri olub. Belə ki, bir müddət sonra qadının qalıqları Ricueyin qurbanların cəsədlərini atdığı Qrin-River çayının (Buna görə Qrin-River qatili adını almışdı) sahilində tapılmışdı.

"Ricuey, ehtimal ki, 1982-ci ilə kimi heç kimi öldürməyib. Ancaq tez-tez düşünürəm ki, otaq qonşularım evə tez gəlməsəydi, yaxud o görüşə çağıranda getsədim və ya dayanacaqda məni tək görsəydi nə baş verərdi?", - deyə yazıçı bildirib.


Etiketlər:  Qəddar qatillər barədə verilişdə keçmiş sevgilisini tanıdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ