Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020: II turun son oyunları keçiriləcək

AVRO-2020: II turun son oyunları keçiriləcək

Tarix: 19 Iyun 2021 08:54

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün baş tutacaq daha 3 oyunla II tura yekun vurulacaq.

Öncə "ölüm qrupu" olan F qrupunda tura start veriləcək. İlk görüşdə Almaniya üzərində çətin qələbə qazanan Fransa millisi autsayder Macarıstanın qonağı olacaq. Fransızlar favorit sayıldıqları cütlükdə sensasiyaya imkan verməsə, adını 1/8 finala yazdıracaq.

Turun mərkəzi matçı "Allyans Arena"da baş tutacaq. Almaniya yığması Münhendə qonaq qismində son çempion Portuqaliya önünə çıxacaq. Turnirə Macarıstan üzərində inamlı qələbə ilə start götürən Kriştiano Ronaldonun başçılıq etdiyi komanda Bundestimi məğlub edərsə, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək.

Günün son görüşü ilə E qrupunda II tura yekun vurulacaq. Birinci oyunlarında qələbə qazana bilməyən İspaniya ilə Polşa Sevilyada üz-üzə gələcək. Bu cütlükdə məğlub olan tərəf yoluna davam etmək şansını azaldacaq. Bu qrupun bir gün əvvəl keçirilən digər görüşündə İsveç Slovakiyanı 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, buna qədər İtaliya, Belçika və Niderland 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

AVRO-2020
II tur, 19 iyun

F qrupu
17:00. Macarıstan - Fransa
Baş hakim:
 Maykl Oliver (İngiltərə)
Budapeşt. "Puşkaş Arena"

20:00. Portuqaliya - Almaniya
Baş hakim:
 Antoni Teylor (İngiltərə)
Münhen. "Allyans Arena"

1

Portuqaliya

1

1

0

0

3-0

3

2

Fransa

1

1

0

0

1-0

3

3

Almaniya

1

0

0

1

0-1

0

4

Macarıstan

1

0

0

1

0-3

0

E qrupu
23:00. İspaniya - Polşa
Baş hakim: 
Daniele Orsato (İtaliya)
Sevilya. "La Kartuya" stadionu

1

İsveç

2

1

1

0

1-0

4

2

Slovakiya

2

1

0

1

2-2

3

3

İspaniya

1

0

1

0

0-0

1

4

Polşa

1

0

0

1

1-2

0

Milli.Az


Etiketlər:  AVRO 2020 II turun son oyunları keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ