Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2021 09:36
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sol dizində artrskopik əməliyyat keçirib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Məlumata görə, 39 yaşlı futbolçunun yalnız avqustun ortalarında yaşıl meydanlara qayıtması mümkün olacaq. Beləliklə də, İbra iki ay ərzində futboldan kənar qalacaq.
Qeyd edək ki, hücumçu məhz dizindəki zədə səbəbindən AVRO-2020-də iştirak edə bilməyib.