Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köçəryana artıq heç bir erməni inanmır - ŞƏRH

Köçəryana artıq heç bir erməni inanmır - ŞƏRH

Tarix: 19 Iyun 2021 12:30

"Şuşa Bəyannaməsindən öncə də erməni xalqı Robert Köçəryanın vədlərinə inanmırdı, indi də inanmır".

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistanda hakimiyyətə kim gəlirsə gəlsin, regiondakı yeni geosiyasi reallığı dəyişə bilməyəck:

"Köçəryan iki dəfə prezident olduğu halda özünü qəddar, qaniçən və yalançı kimi xalqa təsdiqləyib. O, indi çalışır ki, erməni xalqının saqqınızı yenidən oğurlasın, amma ona inanan olmayacaq. Çünki artıq bir neçə dəfə bu adam özünün qəddarlığını göstərdi, dialoqa hazırlığının olmamasını tsədqilədi. Rəqibləri ilə qaydasız döyüş normaları ilə davrandı. Göstərdi ki, ümumiyyətlə demokratik prinsiplərdən, normalardan son dərəcə uzaq olan adamdır. Deyərdim ki, Köçəryanın şansı bu seçkilərdə minimaldır. Çox çətin ki, o, bir şey əldə edə bilsin. 

Köçəryan seçilsə belə, Ermənistandakı vəziyyəti xeyirlərinə dəyişməyi qətiyyən bacarmayacaq. Bu adamın siyasi "baqajı" sıfıra bərabərdir. O, etmək istədiyini artıq vaxtında etmişdi, iki ölkənin xalqını müharibəyə cəlb etdi, separatçılığı təbliğ etdi və müvəqqəti üstünlük əldə etdi. Bu üstünlük strateji üstünlük deyildi, bu, taktiki üstünlük idi. Strateji üstünlüyü isə Azərbaycan əldə etdi və onu heç vaxt əldən buraxmayacaq. Ermənistanın bütün siyasi dəstələrinin rəhbərlərinin artıq heç bir səyi nəticə verməyəcək. Azərbaycan faktiki olaraq köklü sürətdə geosiyasi vəziyyəti regionda dəyişdi, yeni status-kvo yaratdı. Və indi Azərbaycanın öhdəsindən gəlmək mümkünsüzdür. Ermənistanın yerinə başqa bir dövlət də olsa, bunu edə bilməyəcək. Ona görə mən çox istərdim ki, Köçəryan qalib gəlsin, görüm hakimiyyətə gəlib nə edə biləcək, nəyi dəyişə biləcək. O, sadəcə istəyir ki, Paşinyandan qisas alsın. Çünki Paşinyan onu dünyanın gözü qarşısında aşağıladı, zindana saldı. Onu qəddarlığına görə tənbeh etdi, yerini göstərdi. Ona görə də Köçəryanın bu saat ən böyük məqsədi Paşinyandan qisas almaqdır. Köçəryan özü də gözəl bilir ki, Azərbaycanla artıq qarşıdurmaya nəinki Ermənistan, Ermənistanın arxasında duran bütün qüvvələrin belə heç bir şansı yoxdur".     

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Köçəryana artıq heç erməni inanmır ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ