Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 15:02
Avro-2020-nin qrup mərhələsinin ilk 2 turunun nəticələrinə görə matçlarda ən çox qolları İtaliya A seriyasında çıxış edən oyunçular vurub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "FedeNerazzurra" məlumat yayıb. A seriyasında çıxış edən oyunçular bu müddət ərzində ümumilikdə 18 qola imza atıblar. Bu göstəricidə Almaniya Bundesliqası 2-ci (14 qol), İngiltərə Premyer Liqası isə 3-cüdür (8 qol).
Qeyd edək ki, iyunun 11-də start götürən Avro-2020-nin final oyunu İyulun 11-də keçiriləcək.