Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2021 23:50
Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, 29 yaşlı futbolçu Kiprin "Etnikos" klubuna transfer olunub.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsümü Türkiyənin "Boluspor" klubunda keçirib. O, daha öncə "Neftçi", "Qarabağ", "Panionios", "Qəbələ" və "Anortosis" klublarında da forma geyinib.