Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda seçkiqabağı rüşvət paylayan 5 nəfər saxlanıldı

Ermənistanda seçkiqabağı rüşvət paylayan 5 nəfər saxlanıldı

Tarix: 21 Iyun 2021 13:46

Ermənistanda parlament seçkiləri öncəsi təşviqat dövründə rüşvət paylamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin Mətbuat xidməti məlumat verib.

Ermənistanın Şirak vilayətinin Artik şəhərində Milli Təhlükəsizlik Xidməti ilə birlikdə başladılan cinayət işi çərçivəsində 12 mənzildə aparılan axtarışlar zamanı seçici siyahıları, böyük miqdarda pul vəsaiti və bir sıra digər maddi sübutlar aşkarlanaraq götürülüb. Nəticədə, partiya bloklarından birinin lehinə seçkiqabağı rüşvət paylamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

İlkin istintaq davam edir.

Milli.Az


Etiketlər:  Ermənistanda seçkiqabağı rüşvət paylayan 5 nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ