Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 18:56
Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yeni yoluxanların 90 faizində "Hindistan ştammı" aşkarlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Moskva merinin müavini Anastasiya Rakova "Rossiya 24" telekanalına müsahibəsində deyib.
"Əlbəttə ki, yoluxmada bu cür artımın hər zaman kompleks səbəbləri olur. Bu səbəblər vətəndaşların təhlükəsizlik qaydalarına diqqətsiz yanaşması, ilk növbədə qoruyucu tibbi maska taxmaması və vaksinasiyanın aşağı olmasıdır. Əlbəttə ki, səbəblərdən biri də bizə "Hindistan ştammı"nın gəlməsidir", - deyə Moskva merinin müavini vurğulayıb.