Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2021 22:04
Xəbər verdiyimiz kimi, Dünya Bankı pandemiya ilə bağlı aztəminatlı ailələr üçün pul ayrılıb. Bəs bu pul kimə və hansı şəkildə veriləcək?
Sonxeber.net hokm.az-a istinadən bildirir ki, iqtisadçı ekspert Elmir Səfərli bildirib ki, monitorinqlərdən sonra 190 manatın kimə düşdüyü bilinəcək:
"Bu, Azərbaycanda məşğulluğa dəstək lahiyəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müəyyənləşdirdiyi prioritet faktorlar əsasında olacaq. Bunun üçün də xüsusi işçi qrupu yaradılacaq. Bu işçi qrupu əhalinin gəlirlilik səviyyəsini yoxlayacaq və bu layihə üçün veriləcək olan məbləği müəyyənləşdirəcək. Burada insanların iş yeri, ailə üzvləri, adambaşına düşən gəlirlərin monitorinqi aparılacaq. Ondan sonra 190 manatın kimlərə düşdüyü bəlli olacaq.
190 manatdan əlavə, Dünya Bankının pandemiya dövründə zərər çəkən şirkətlərlə bağlı ayırdığı maliyyə vəsaitləri də var. Bu da eyni qaydada uyğunlaşdırılacaq ki, pandemiya dövründə ən çox zərər çəkən şirkətlərə yardım ayrılsın. Əsas meyar isə fiziki şəxslərə verilən ödənişlərdir".