Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ümid edirəm ki, qrupun qalibi İspaniya olacaq''

''Ümid edirəm ki, qrupun qalibi İspaniya olacaq''

Tarix: 23 Iyun 2021 19:56

"Biz məşqçilər nəticələrlə yaşadığımızı yaxşı bilirik və qarşımıza qoyulan hədəflər yerinə yetirilmədikdə nə baş verdiyini başa düşürük".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsinin son turunda Slovakiya ilə keçiriləcək oyun haqda danışarkən deyib.

O, UEFA-nın saytına açıqlamasında komandasına ancaq qələbə lazım olduğunu xatırladıb: "Ümid edirəm ki, Slovakiya ilə oyundan sonra yalnız qrupdan çıxmayacağıq, həm də qrupun qalibi olacağıq. Oyunçularımı motivasiya etmişəm. Hiss edirəm ki, turnirdəki ilk qələbəni qazandıqda ən yaxşı səviyyəmizə çatacağıq. Hər şey son nöqtəni qoymaqdan asılıdır. Həm ilk, həm də ikinci matçda qalib gəlmək üçün kifayət qədər qol vəziyyətləri yaratmışıq".

Qeyd edək ki, bu gün Sevilyada keçiriləcək Slovakiya - İspaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspaniya millisi hazırda 2 xalla qrupda 3-cü, Slovakiya isə 3 xalla 2-cidir.


Etiketlər:  Ümid edirəm qrupun qalibi İspaniya olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ