Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 07:56
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmada vurduğu qolların sayını 109-a çatdırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.
O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Bu isə o deməkdir ki, Ronaldu daha bir dünya rekordunu qırmağa çox yaxındır.