Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən I siniflərə məktəb seçimi başlayır

Bu gündən I siniflərə məktəb seçimi başlayır

Tarix: 24 Iyun 2021 08:18

Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında "Şəxsi kabinet"lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Milli.Az


Etiketlər:  gündən siniflərə məktəb seçimi başlayır


RƏYLƏR