Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Plastik qabların satışı dayandırılır - VİDEO

Plastik qabların satışı dayandırılır - VİDEO

Tarix: 24 Iyun 2021 11:10

Birdəfəlik istifadə üçün istehsal olunan plastik qabların satışı qadağan edilir. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, təkrar emal üçün yararsız hesab olunan plastik qablar bütün canlı orqanizmlər üçün eyni təhlükəni yaradır.

Torpaq qatında çürümür, tərkibindəki mikrohissəciklər bitkilərin və kənd təsərrüfatı məhsullarının inkişafını ləngidir. Həmçinin plastik qablaşdırma materiallarının tərkibində olan zəhərli maddələr orada saxlanılan qida ilə qarışaraq insan sağlamlığına birbaşa təsir edir.

Plastik qabların zərərindən danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova bildirib ki, uzun zamandır bu məsələ ilə bağlı maarifləndirmə işləri görülür.

Onun sözlərinə görə, müvafiq qanuna əməl etməyib, plastik qabların yenidən satışı ilə məşğul olan sahibkarlar cərimələnəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Plastik qabların satışı dayandırılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ