Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 17:44
Rusiyanın Xabarovsk şəhərində yaşayan azərbaycanlı iş adamı vilayət qubernatorluğuna namizədliyini irəli sürüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Babək Yusif oğlu Məmmədovun namizədliyi "Rodina" partiyası tərəfindən dəstəklənir.
Babək Məmmədov vilayətdə nüfuzlu iş adamı kimi tanınır. O, restoran və otel biznesiylə məşğuldur.
Məlumata görə, Məmmədovun rəqiblərindən biri erməni Mikael Baqdasaryandı. Baqdasaryan da iş adamıdır və tikinti biznesiylə məşğuldur.