Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərindən boşanmaq istəyən azərbaycanlı müğənni əsəbləşdi

Ərindən boşanmaq istəyən azərbaycanlı müğənni əsəbləşdi

Tarix: 26 Iyun 2021 04:30

Bir müddət öncə həyat yoldaşından boşanmaq istədiyini dilə gətirən müğənni Günel Məhərrəmova əsəbiləşib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, sosial şəbəkədə barəsində əsassız rəylər yazırlar:

"Ay insanlar, ay bəzi dilbilməz məxluqlar, düşünmədən danışmayın. Min dəfə demişəm, yenə də deyirəm. Burnumdan başqa heç yerimdə əməliyyat yoxdur. Nə yanağımda gel var, nə də heç bir yerim estetik deyil. Bunu anlayın, əsəblərimlə niyə oynayırsınız? Burnumda uğursuz əməliyyat olmuşdu, korreksiya etdirdim. Bədənimi də əvvəldən necə görmüşdünüzsə, indi də elədi.

Bir az ətliyəm, o da vecimə deyil. Heç vaxt bədənimi əməliyyat etdirmərəm. Allah məni belə yaradıb, fiquram, bədən quruluşum hər şey onun bəxş etdiyidir. Sizi qınamıram, o qədər əməliyyatlı, silikonlu müğənnilər görmüsünüz ki, təbii müğənni görəndə, onu da elə zənn edirsiniz. Bəsdirin, daha bezdim bu sözlərdən". 

Qeyd edək ki, Günel bir müddət öncə həyat yoldaşından boşanmaq istədiyini barədə verdiyi açıqlama ilə gündəmə gəlmişdi: "Yoldaşım Kiyevdə, mən burda yaşayıram. Rəsmən boşanmasaq da, amma artıq fikirləşirəm ki, bu münasibət çox getməyəcək. Artıq özüm də bir çox qərarlar vermişəm. Oğlum da görür hər şeyi. Məsələn, ad günü olur, atası heç onu təbrik belə etmir. Ona görə artıq qərarlarımı vermişəm".


Etiketlər:  Ərindən boşanmaq istəyən azərbaycanlı müğənni əsəbləşdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ