Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2019 20:08
"Çelsi"nin futbolçusu David Luis klubu ilə məşqə çıxmaqdan imtina edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi "Arsenal"a keçmək istədiyi üçün bu addımı atıb. Bildirilir ki, "Çelsi" ona qoyulan transfer qadağası səbəbindən braziliyalı oyunçunu satmağı düşünmür. D.Luis isə bu qərara etiraz olaraq komandasının son məşqinə çıxmayıb.
Qeyd edək ki, D.Luis 2016-cı ildə PSJ-dən "Çelsi"yə transfer olunub.